Elan yerləşdirmə qaydaları

Sels.az Naxçıvan sakinləri üçün pulsuz elan saytıdır. Elanlar qısa yoxlamadan sonra dərc olunur.

Elan necə olmalıdır

  • Bir elanda bir mal və ya xidmət olsun.
  • Şəkillər həqiqi olsun — internetdən götürülmüş şəkil qəbul olunmur.
  • Qiymət real olsun; razılaşma yolu ilədirsə, belə qeyd edin.
  • Elanı düzgün bölmədə yerləşdirin.
  • Eyni elanı təkrar-təkrar yerləşdirməyin — köhnəsini yeniləyin.

Qadağandır

  • Qanunla qadağan olunmuş mallar: silah, narkotik vasitələr, saxta sənədlər, oğurluq mallar.
  • Dərman preparatları və reseptlə satılan məhsullar.
  • Təhqiramiz, aldadıcı və ya başqasının şəxsi məlumatlarını ehtiva edən elanlar.
  • Maliyyə piramidaları, "tez qazanc" təklifləri.

Qaydalara uyğun olmayan elanlar rədd edilir, təkrar pozuntuda hesab bloklanır.

Təhlükəsizlik

Malı görmədən qabaqcadan pul köçürməyin. Kart məlumatlarınızı, SMS kodlarını heç kimə deməyin. Şübhəli elanı "Şikayət et" düyməsi ilə bizə bildirin.